Thursday 23 November 2017

Dünyamın mətbəxi- Mən aşpaz olacağam.

Mən Əfsanə. 26 yaşım var. Düzü, 19 gün sonra 27 olacaq, amma hələ ki, 26-dan keçməyək. Bu günə qədər bir çox sahə ilə məşğul olmuşam. Özümü tapmaq yolunda eyni anda 4 iş gördüyüm də olub. Yorucu, amma bir o qədər də maraqlı axtarış olub. Heç bir işə yox deməmişəm. Çünki heç vaxt nəyisə bacarmaram deyə özümü qorxutmamışam. Həm fiziki, həm zehni işlərlə məşğul olmuşam. Zövq verəcək işi tapmaq olub əsas məqsədim (maddi ehtiyacı da unutmayaq😊). Mənim düşüncəmə görə, prinsipləri olmalıdır insanın, çünki potensiallı varlıqdır. Qarşısına məqsəd qoyduqda, istədiyinə nail ola bilər.


Keçək əsas məsələyə. Dünən bir layihə ilə bağlı yeni açılacaq hospitalların birində idim. Bizimlə eyni anda masa arxasında  əyləşən digər Cənabla müsahibə gedirdi . Özümdən asılı olmadan (bir az da maraqdan) qulaq verdim nə danışdıqlarına. Hospitala şef aşpaz axtarırdılar. Bunu eşitdikdən sonra marağım daha da artdı. Diqqətlə qulaq asmağa başladım. Bir neçə sertifikatları olan aşpazımız, məşhur bir restoranın baş aşpazıdır. Həm də mətbəxin qurulumu, işçi heyətin təyini də daxil olmaqla bütün planlama və qrafikləşdirmə işlərinə cavabdehliyə namizədlik vermişdi. Arada bir mən də söhbətlərinə müdaxilə edərək maraqsız olmadığımı göstərməyə çalışırdım. 

Görüşümüz bitdi, amma mən yenə də bu barədə düşünməyə davam edirdim. Özüm yeməyi çox sevən biriyəm. Ac insan "insan" deyildir deyə də həmişə tanışlarım arasında zarafat belə edirəm. Bişirməyi də bacarıram. Bişirdiklərimi dadanlar hələ ki, həyatdadırlar 👍. Hətta, çox dadlı bişirdiyimi, yerli deyimlə əlimin duzunun olduğunu da deyiblər. Həə, bir də ən əsası, belə bir hal da həmişə baş verir- həmişə bişirdiyim nəzərdə tutulandan çox olur, əlim bola öyrəşib. Bütün bu yazdıqlarımı nəyə gətirirəm onu deyim. 
Az düşündüm, çox düşündüm- bütün bunların - bu qədər axtarışımın özümü tapmağıma işarə olduğu qərarına gəldim. 

Mən aşpaz olacağam.


Əslində, daha öncələr də istəmişdim bu sahə ilə məşğul olmaq, amma sırf hobbi kimi. İndi isə professional olmaq, bu sahədə öz sözümü demək istəyirəm. Səhər işə gələndə ilk işim research-a başlamaq oldu. Ən sevdiyim facebook səhifəsi olan Tasty (https://www.facebook.com/buzzfeedtasty/) səhifəsini açıb, yemək tariflərinə, hazırlanma qaydalarına baxmağa başladım. Zövqdür yemək bişirmək sənəti, eşqdir. 

Baxıb-baxıb videolara, acdığımı hiss elədikdə, bir stəkan çay süzüb, başladım aşpaz köməkçisi iş elanlarına baxmağa, aşpazlıq kursları, təlimləri axtarmağa. Təəssüf, hamısı təcrübə tələb edir.


Özünü motivasiya məqsədli, üçüncü axtarışım aşpazlıqla bağlı filmlər oldu (film izləmək isə ayrı bir hobbimdir). İlk onluqlu film siyahısı keçdi əlimə. Təbii ki, həmişə etdiyim kimi ilk izləyəcəyim film, baş rolunda tanıdığım aktyor və ya aktrisa olan film oldu. 

Və yaxşı ki, də bu film oldu. Julie & Julia (mütləq izləyin). Real hadisələr əsasında çəkilmiş bu filmdən daha artıq motivasiya verən başqa bir film ola bilməzdi. Zövq ala-ala izlədim. Və qərarımda qətiləşdim.


İlk addımım ad düşünmək və nə etməyə başlayacağımdan ibarət oldu. Dünyamın mətbəxi. Bu nə deməkdir və məqsədim nədir?

İşə başlayana qədər ilk olaraq siyahı tərtib edəcəm. Siyahı məlumat ala və ingredientlərini tapa bilmə imkanlarım daxilində bişirəcəyim dünya ölkələrinin ən sevilən və ya tanınan 5 yeməyindən ibarət olacaq. Bu yeməkləri siyahıya uyğun olaraq bişirəcəm, resept, bişirmə qaydası və nəticəsi-dadı barədə yazacam. 

Mənə uğurlar.


2 comments:

  1. Coin Casino Review & Ratings by CasinoWow
    CasinoWow is an online casino that accepts cryptocurrencies as their currency. They offer many other types of games to players to choose 메리트 카지노 from. The casino 인카지노 also  Rating: 4.2 · หารายได้เสริม ‎Review by CasinoWow

    ReplyDelete
  2. Best Casinos Near Harrah's Philadelphia - Mapyro
    Best casinos near 삼척 출장마사지 Harrah's Philadelphia 강릉 출장마사지 · Borgata Hotel Casino & 경상남도 출장안마 Spa · Harrah's Philadelphia Casino & Spa · The LINQ Promenade · 김천 출장안마 Caesars Atlantic 통영 출장마사지 City

    ReplyDelete